Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Parisdə söhbət etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin yaydığı məlumatda deyilir.
Putin Trampla söhbəti yaxşı adlandırıb.
Qeyd edək ki, bu gün Parisdə Birinci dünya müharibəsinin bitməsinin 100 illiyinə həsr edilən mərasim keçirilib. Tədbirdə 70-dən çox dövlət və hökumət başçısı, həmçinin BMT-nin Baş katibi Antoniu Quttereş, NATO-nun Baş katibi Yens Stoltenberq, UNESCO-nun Baş direktoru Odri Azule iştirak ediblər.