Birinci dünya müharibəsinin bitməsinin 100 illiyinə həsr edilən və Parisdəki Zəfər Tağı qarşısında keçirilən təntənəli mərasim sona çatıb.
Oxu.Az xəbər verir ki, tədbirdə 70-dən çox dövlət və hökümət başçısı, həmçinin BMT-nin Baş katibi Antoniu Quttereş, NATO-nun Baş katibi Yens Stoltenberq, YUNESKO-nun Baş direktoru Odri Azule iştirak ediblər.
Mərasimin sonuna yaxın Fransa prezidenti Emmanuel Makron Naməlum əsgərin məzarı qarşısındakı əbəbdi məşəli alovlandırıb. Daha sonra dövlət başçıları Yelisey sarayına yollanıblar.
Qeyd edək ki, noyabrın 11-də Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi Fransada geniş qeyd olunur.
Rəylər