Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Tehranda Suriya ilə bağlı üçtərəfli sammit çərçivəsində görüşəcək.
Oxu.Az xəbər verir ki, bu məlumatı jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.
“İki ölkə arasında məsələləri müzakirə etmək üçün Putin və Ərdoğan ikitərəfli görüş keçirəcək”, - Kreml nümayəndəsi bildirib.
Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi sualına Peskov “ənənəvi” cavabını verib.
Xatırladaq ki, Türkiyə, Rusiya və İran arasında Suriya məsələsinin həlli ilə bağlı üçtərəfli görüş Tehranda sentyabrın 7-də keçiriləcək.