Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimi iyunun 7-də keçiriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pyotr Poroşenkonun seçki qərargahının mətbuat xidmətinin rəhbəri İrina Friz məlumat verib.
Onun sözlərinə görə, qərargah andiçmə mərasimi ilə əlaqədar Maydanda heç bir təntənəli tədbir keçirməyi planlaşdırmır.
Bundan əvvəl Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov yeni seçilmiş prezidentin inauqurasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Müvafiq planın 2 gün ərzində hazırlanmasına dair göstəriş verilib.
Məlumata əsasən, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiyasına dəvət almayıb.
Qeyd edək ki, səsvermənin nəticələrinə görə, növbədənkənar prezident seçkilərində P.Poroşenko 54,7 faiz səs toplayıb.