Xəbər verdiyimiz kimi, mayın 29-da Bakıda dəhşətli yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınan yol qəzasının videogörüntüləri sosial şəbəkədə yayılıb.
“Mercedes” markalı, 10 LJ 821 dövlət nömrə nişanlı, “Opel” markalı, 99 BF 556 dövlət nömrə nişanlı və dövlət nömrə nişanı məlum olmayan daha bir “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilib.
Görüntüdə hadisənin bir göz qırpımında baş verdiyi və üç avtomobilin bir anda parça-parça olduğu əksini tapıb. “Mercedes” isə aşaraq bir neçə metr kənara düşüb.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Elvin Əhmədov
www.oxu.az