"Ukrayna ətrafındakı vəziyyətin tənzimlənməsi üçün tərəflər hələ çox işlər görməlidirlər".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Birinci Kanal"ın efirində bildirib.
O, danışıqlar prosesində əsas məsələlərdən birinin ərazi məsələsi olaraq qaldığını deyib. Uşakov aydınlaşdırıb ki, bu məsələnin həlli dinc tənzimləməyə doğru növbəti irəliləyiş üçün böyük əhəmiyyət kəsb edəcək.
"Şübhəsiz ki, hələ çox işlər görülməlidir", - deyə Rusiya liderinin köməkçisi tənzimlənmə perspektivləri haqqında sualı cavablandırarkən vurğulayıb.
Uşakovun sözlərinə görə, Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi məkan variantlarından biri kimi Əbu-Dabi müzakirə olunub, həmçinin Türkiyə və digər ölkələr də öz xidmətlərini təklif edirlər.