Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə zarafatla bildirib ki, onun restorana getmək təklifini qəbul edəcək.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, iki dövlət başçısının görüşü Yohanesburqda keçirilən BRİCS ölkələrinin sammitində baş tutub.
Ərdoğan qeyd edib ki, Rusiya və Türkiyə arasında sürətlə inkişaf edən əməkdaşlıq digər ölkələrdə qısqanclıq hissi yaradır.
Öz növbəsində Putin həmkarına restorana dəvəti xatırladıb:
“Siz söz vermişdiniz ki, məni restorana dəvət edəcəksiniz”.
“Dəvət edirəm”, - Ərdoğan cavab verib.
“Biz danışdıq ki, siz bizim ət məhsullarını bazarınıza buraxdıqdan sonra nahar edəcəyik”, - Putin zarafatla deyib.
Ərdoğan bildirib ki, Putini böyük məmnuniyyətlə gözləyəcək.