Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qaçırılan məktəbli qızlar qaytarılacaq
Nigeriya hökuməti qaçırılmış qızların qaytarılması və minlərlə insanın ölümünə səbəb olan üsyanın yatırılması üçün “Boko Haram” qrupu ilə danışıqlar aparır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, danışıqlar Çad və Kamerundan yüksək rütbəli şəxslərin köməkliyi ilə Səudiyyə Ərəbistanda keçirilir.
Səudiyyə Ərəbistanında olan “Boko Haram”ın üzvü Danladi Əhmədu qızların “zərər görmədiklərini və vəziyyətlərinin yaxşı olduğunu” bildirib.
Aprelin 14-də onlarla “Boko Haram” döyüşçüsü Nigeriyanın ucqar şimal-şərqi Çibok kəndində yerləşən orta məktəbə hücüm edərək oradan 270 məktəbli qızı qaçırıblar. 57 qız sonradan qaçaraq xilas olmağı bacarıb.
Sonradan “Boko Haram”ın lideri Əbubəkr Şekau, həbsxanda olan silahlı üzvlərinin azadlığa buraxılmadığı halda, əsir qızları satacağını bildirib.
Doyin Okupe onu da əlavə edib ki, Nigeriya hökuməti “qızların evə qaytarılmasının başqa yolarını da araşdırır.” Bu sıraya “ictimaiyyətə bildirilməyən pərdəarxası cəhdlər” də daxildir.
Nigeriya prezidenti Qudlak Conatan girovlarla bağlı tədbirlərin yubadılmasına görə yerli və xarici icma tərəfindən tənqid hədəfinə çevrilib. Nigeriya ordusunun silahlı qruplarının zorakılıqlarının qarşısını ala bilməməsi Afrikanın ən böyük iqtisadiyyatı və aparıcı enerji istehsalçısı üçün ciddi təhlükə kimi dəyərləndirilir.