Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrailin hücumu nəticəsində iranlı nüvə alimi və ailə üzvləri həlak olublar
İranlı nüvə fiziki və onun bütün ailə üzvləri İsrailin Tehrana hücumu nəticəsində həlak olub.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, söhbət Mostafa Sadati Ərmaki və onun ailə üzvlərindən gedir.
Belə ki, bombardman nəticəsində Mostafa Sadati Ərmaki, onun valideynləri, həyat yoldaşı, 15 və səkkiz yaşlı iki qızı və beş yaşlı oğlu həlak olublar.
İsrailin bu gecə həyata keçirdiyi hücum nəticəsində İranın Gilan ostanından olan nüvə alimi Məhəmmədrza Sadiqi Sabiri öldürüb.
Oxu.Az bu barədə "Baran" regional telekanalına istinadən məlumat yayıb.
"Alınan məlumata görə, nüvə alimi Sadiqi Sabirin qayınatasının evinə üç mərmi düşüb, nəticədə iranlı alim həlak olub" - məlumatda qeyd olunur.
Qeyd olunub ki, daha əvvəl alimin Tehrandakı evinə hücum nəticəsində oğlu ölmüşdü. Məhz bu hadisədən sonra Sadiqi Sabiri qayınatasının evində gizlənib.
Məlumat üçün əlavə edək ki, İsrail iyulun 13-dən etibarən bir neçə iranlı nüvə alimini öldürüb.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi