Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qazaxıstanda zəhərlənən məktəblilərin sayı 300-ə yaxınlaşır
Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində 300-ə yaxın məktəbli zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə lada.kz regional portalı məlumat yayıb.
Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.
Bundan əvvəl 141 uşağın zəhərləndiyi bildirilirdi.
Qazaxıstanın Manqistau şəhərində zəhərlənən məktəblilərin sayı 140 nəfəri keçib.
Oxu.Az bu barədə Qazaxıstan mediasına istinadən məlumat verir.
Məlumata görə, kütləvi zəhərlənməsi hadisəsi Beşşoki kəndində qeydə alınıb.
Son məlumatlara görə, 141 uşaq həkimə müraciət edib. Onlardan 82 məktəbli poliklinikada, 43 nəfər evdə həkim nəzarətində, 16 uşaq xəstəxanada müalicə alır.
Qeyd edək ki, hadisə 8 saylı məktəbdə baş verib. Birinci növbənin 1-4-cü sinif şagirdləri məktəbin bufetində kütləvi şəkildə zəhərləniblər. Hadisəyə cavabdeh şəxslər məsuliyyətə cəlb edilib, rayon rəhbəri vəziyyəti şəxsi nəzarətinə götürüb.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- "Haber Global": "AZAL-ın zədəli təyyarəsinin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı?"
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?
- Qazaxıstan Futbol Federasiyası Azərbaycana dəstək mesajı paylaşıb
- Qazaxıstan ordusu Türkiyənin "Bayraktar" pilotsuz təyyarələrini əldə edəcək
Rəylər