İngiltərənin “İndependent” qəzeti Qərb ölkələrindən Suriyaya göndərilən humanitar yardımların əslində İraq Şam İslam Dövlətinə kömək üçün göndərildiyini iddia edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Qərb İŞİD-i necə maliyyələşdirir?” adlı məqalədə qeyd olunur ki, Qərb ölkələri Türkiyə sərhədindəki İŞİD silahlılarının nəzarəti altında olan bölgələrə humanitar yardımlar göndərir.
Humanitar yardımlara qida, tibbi ləvazimatlar, benzin daxildir.
İŞİD isə xalqı əlində saxlamaq üçün qida və benzini onlarla bölüşür.
Qəzetin yazdığına görə, Qərb ölkələri bu yolla İŞİD-i maliyyələşdirərək bölgəni nəzarətdə saxlamağa çalışır.