Qətər hökuməti Misir HHQ-nin ekstremistlərin Liviyada yerləşən mövqelərinə aviazərbələrindən sonra öz səfirini Misirdən geri çağırıb, Agence France-Presse bildirib.
Oxu.Az xəbər verir ki, rəsmi məlumata əsasən səfiri Doxaya “konsultasiya üçün” çağırıblar.
Misirin Liviya ərazisinə vurduğu aviazərbələr 21 xristian misirlinin edamına cavabdır. Bombardmanın əsas hədəfi bu ölkədə yerləşən “İslam dövləti”nin obyektləri olub.
İslamçıların mövqelərinə vurulan aviazərbələr nəticəsində 50-yə yaxın yaraqlı məhv olub.
Ərəb dünyasında Qahirə tərəfindən intiqama birmənalı yanaşmadılar. Məsələn, BƏƏ prezidenti Xəlifə ibn Zayd Əl Nahayan (Khalifa bin Zayed al-Nahayan) aksiyanı dəstəkləyib, Liviya parlamenti isə qınayıb.