Fələstinin radikal HƏMAS təşkilatının siyasi bürosunun rəhbəri, İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirən İsmayıl Haniyə Qətərdə, Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.
Oxu.Az xəbər verir ki, dəfn xüsusi təhlükəsizlik şəraitində keçib, mərasimə İsmayıl Haniyənin ən yaxın ailə üzvləri və bir neçə Qətər rəsmisi qatılıblar.
Qətərin paytaxtı Dohada iki gün əvvəl Tehranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin dəfn mərasimi keçirilir.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İsmayıl Haniyə ilə vida mərasimi Doha şəhərində yerləşən Məhəmməd ibn Əbdül-Vəhhab məscidində keçirilir.
Mərasimdə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani və digər rəsmi şəxslər də iştirak edirlər.
Məlumat üçün əlavə edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.