Türkiyəyə gətirilən "C-130" hərbi yük təyyarəsinin qara qutusu qəzanın səbəblərinin araşdırılması üçün təhlilə hazır vəziyyətə gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yeni Şafak" nəşri məlumat yayıb.
Məlumata görə, qəza yerində toplanan bütün materiallar, o cümlədən qara qutu Kayseridəki Hərbi Hava Bazasına göndərilib və ekspertlər tərəfindən detallı araşdırılacaq.
Ekspertlərin qara qutudan əldə edilən məlumatlar əsasında qəzanın dəqiq səbəbini qısa müddətdə müəyyənləşdirməsi gözlənilir.
Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin qara qutusu Türkiyəyə gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat dərc edib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri də daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.