Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti məşqçilik etdiyi ən yaxşı müdafiəçilər haqqında sualı cavablandırıb.
Oxu.Az bu barədə "The Touchline" nəşrinə istinadən xəbər verir.
"Məşq keçdiyim ən yaxşı müdafiəçilər? İngiltərədə ürəyim Con Terrini seçir. Ümumiyyətlə isə məşqçiliyim altında Karvalyo, Yaap Stam, Maldini, Nesta, Serxio Ramos, Pepe, Varan olub. İnanılmazdır", - deyə italiyalı mütəxəssis vurğulayıb.
Qeyd edək ki, Braziliya millisinə qoşulmazdan əvvəl Ançelotti "Real Madrid", "Milan", "Çelsi" və "Bavariya" da daxil olmaqla bir çox aparıcı klublarda baş məşqçilik edib.
Ançelotti UEFA Çempionlar Liqasını beş dəfə (iki dəfə "Milan" və üç dəfə "Real Madrid" ilə) qazanan və altı finalda (2003, 2005, 2007, 2014, 2022, 2024-cü illər) komandalara rəhbərlik edən yeganə baş məşqçidir.