Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı beynəlxalq məsləhətləşmələrin iştirakçıları mümkün sazişlə bağlı prinsipial razılıq əldə ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Co Bayden bildirib.
"Biz hesab edirik ki, razılığa gələ bilərik, onlar (tərəflər - red.) hamısı müqavilənin prinsipləri ilə razılaşdıqlarını söyləyiblər", - Ağ Evin mətbuat katibliyi ABŞ liderinin sözlərindən sitat gətirib.
Bayden əlavə edib ki, görüşlər davam etdiyi üçün məsləhətləşmələrlə bağlı nikbin olaraq qalır.
"Bu müharibəyə son qoymağın vaxtıdır. Düşünürəm ki, biz saziş bağlamaq ərəfəsindəyik", - prezident qeyd edib.
Rəylər