“Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək”.
Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib.
Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb.
Eyni zamanda, partlamamış hərbi sursatların dəqiq sayını söyləmək mümkün deyil.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağında 50-dən çox müxtəlif hədəfə hücum olunub.
Mənbə: news.ru
Rəylər