Yanacaq ehtiyatı bitdiyindən Qəzza şəhərində yerləşən Əş-Şifa xəstəxanasında əməliyyat xidmətləri göstərilməyəcək.
Bu açıqlama ilə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi çıxış edib.
O, həmçinin əlavə edib ki, hazırda Əş-Şifa xəstəxanasında kuvez-inkubatorda 45 körpə saxlanılır.
“Lakin onlardan biri tibb mərkəzinin fəaliyyətində yaranan problemə görə həyatını itirib”, - deyə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib.
Mənbə: Reuters
Rəylər