Beynəlxalq yardım daşıyan ən azı 128 yük maşını iki gün ərzində Qəzza zolağına daxil olub.
Bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi məlumat yayıb.
“Noyabrın 14-də Qəzzaya 108 yük maşını daxil olub. Daha sonra noyabrın 15-də “UNRWA (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) yük maşınlarına yanacaq doldurulduqdan sonra beynəlxalq humanitar yardım daşıyan 20 yük maşını Qəzzaya daxil olub”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Qəzza zolağına humanitar yardımın çatdırılması Yaxın Şərqdə münaqişənin gərginləşməsindən iki həftə sonra oktyabrın 21-də başlayıb.
Mənbə: TASS
Rəylər