Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qırğızıstan Azərbaycandan neft tədarükünü nəzərdən keçirir
Qırğızıstan nefti təkcə Rusiyadan deyil, digər mənbələrdən də almağı nəzərdən keçirir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jeenbek Kulubayev bildirib.
"Alternativ variantlar nəzərdən keçirilir", - deyə Kulubayev parlamentdə Beynəlxalq əlaqələr komitəsinin iclası zamanı müvafiq suala cavabında bildirib.
O qeyd edib ki, Qırğızıstanın İrandan və ya Azərbaycandan neft almaq variantları ola bilər, lakin Rusiya hələ də bu ölkəyə güzəştli tariflərlə neft tədarükünü davam etdirir. Eyni zamanda, Qırğızıstan XİN rəhbəri vurğulayıb ki, digər ölkələrdən neft məhsullarının alınması yalnız "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun tikintisi başa çatdıqdan sonra mümkün olacaq.
"Qırğızıstan" teqi üzrə xəbərlər
- Qırğızıstanın keçmiş prezidenti Atambayevə hökm oxundu
- Cahit Yaycı AB ilə müqavilə imzalayan dövlətləri kəskin tənqid etdi: "Bunun hesabı verilməlidir"
- Mərkəzi Asiyanın türk dövlətlərindən Türkiyəyə qarşı qərar
- Qırğızıstan BMT TŞ-nin müvəqqəti üzvü olmaq üçün müraciət edib
- Moskvada hamamda miqrantlar və rusiyalılar arasında qalmaqal: Qırğızıstan Rusiyaya nota verdi