15 iyul gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsini vurmaq əmri vermiş Fətullah Gülən terror təşkilatı (FETÖ) üzvlərinin radioəlaqə ilə danışıqlarının audioyazısı açıqlanıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsinin vurulması əmrini general Akın Öztürkün kürəkəni polkovnik-leytenant Hakan Karakuş verib.
Bildirilir ki, H.Karakuş məhkəmədə Fətullah Gülənlə əlaqəli olmadığını deyib.
“Qətiyyən FETÖ-çü deyiləm. Çevriliş cəhdində rolum olmayıb”, - deyə o vurğulayıb.
15 iyul gecəsi silahlı çevrilişə cəhd edənlərin “Ərdoğanın təyyarəsini vurun” əmrini verdiyi səs yazısını diqqətinizə çatdırırıq: