Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Reaktiv təyyarə aviaşouda partladı
Cənubi Afrika Respublikasında (CAR) keçirilən "West Coast Air Show" aviaşousu zamanı reaktiv təyyarə yerə çırpılaraq partlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Shot" məlumat yayıb.
Aviasiya qəzası Saldana aerodromunda baş verib. Nümayiş uçuşları zamanı "Impala Mark I" təyyarəsinin pilotu havada bir neçə dövrə vurduqdan sonra idarəetməni itirib.
Pilot katapultdan istifadə edə bilməyib və həlak olub. Aviaşounun izləyiciləri arasında zərərçəkən yoxdur.
"Təyyarə qəzası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar