Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DÇ-2026: Moldova öz meydanında 5, Qazaxıstan səfərdə 3 qol buraxdı
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı oyun baş tutub.
Oxu.Az xəbər verir ki, Lixtenşteyn öz meydanında Şimali Makedoniyaya böyük fərqlə uduzub - 0:3.
Norveç səfərdə Moldovanı darmadağın edib. Skandinavlar ev sahiblərinin qapısından 5 cavabsız top keçiriblər - 0:5.
Monteneqro doğma azarkeşləri önündə Cəbəllüttariqdən üstün olub - 3:1.
Çexiya ev matçında Farer adalarını məğlub edib - 2:1. İsrail eyni hesabla Estoniyanın xal qazanmasına imkan verməyib - 2:1.
Uels isə öz meydanında Qazaxıstana qalib gəlib. Britaniyalıların üç qoluna qazaxlar yalnız bir dəqiq zərbə ilə cavab verməyi bacarıblar - 3:1.
Qeyd edək ki, seçmə mərhələnin növbəti oyunları martın 24-ü və 25-də baş tutacaq.
"DÇ-2026" teqi üzrə xəbərlər
- Alisson Bekker Braziliya millisinin düşərgəsindən ayrıldı
- Cud Bellinqem Ueyn Runinin milli rekordunu yenilədi
- DÇ-2026-nın seçmə mərhələsi: Bu gün daha altı görüş keçiriləcək
- DÇ-2026: İngiltərə və Polşa seçmə mərhələyə qələbə ilə başladı, Rumıniya doğma meydanda uduzdu
- DÇ-2026: Bu gün seçmə mərhələsinin altı oyunu keçiriləcək