Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rəcəb Tayyib Ərdoğan: "Putinlə Zelenski arasında görüşün baş tutmaması Türkiyə ilə əlaqəli deyil"
"Moskvadan və Kiyevdən gələn nümayəndə heyətlərinin İstanbulda keçirilən danışıqlarında Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında birbaşa görüşün reallaşmaması Türkiyə ilə əlaqəli deyil.
Oxu.Az-ın "Anadolu" agentliyinə istinadla verdiyi məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan jurnalistlərin danışıqların niyə baş tutmaması ilə bağlı suallarını cavablandırarkən bəyan edib.
"Bu baxımdan, vəziyyət (Putin və Zelenskinin əlaqələrinin olmaması) bizimlə bağlı deyil", - deyə o vurğulayıb.
Erdoğan, həmçinin münaqişənin həlli prosesində aparıcı rol oynayan liderlər kimi Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski ilə fərdi əlaqə saxladıqlarını da bildirib:
"Bu məsələdə aktiv mövqe tutan liderlərə baxsaq, cənab Putin mühüm, aparıcı oyunçudur. Cənab Tramp da dominant oyunçudur. Cənab Zelenski də eyni vəziyyətdədir. Biz onların hamısına zəng etdik", - deyə Ərdoğan əlavə edib.
"Rusiya-Ukrayna danışıqları" teqi üzrə xəbərlər
- Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçiriləcək?
- Rusiya Ukraynaya 1 200 hərbçinin cəsədini təhvil verdi
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub
- Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"