Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak istefa verdiyini açıqlayan Liz Trassın yerinə baş nazir postuna namizədliyini irəli sürdüyünü açıqlayıb.
O, barədə oktyabrın 23-də “Twitter”də paylaşım edib.
“Birləşmiş Krallıq böyük ölkədir, lakin biz böyük iqtisadi böhranla üz-üzəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və sizin gələcək baş naziriniz olmaq üçün namizədliyimi irəli sürürəm. Mən iqtisadiyyatımızı sabitləşdirmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət etmək istəyirəm”, - Sunak yazıb.
The United Kingdom is a great country but we face a profound economic crisis.
— Rishi Sunak (@RishiSunak) October 23, 2022
That’s why I am standing to be Leader of the Conservative Party and your next Prime Minister.
I want to fix our economy, unite our Party and deliver for our country. pic.twitter.com/BppG9CytAK
Rəylər