Roma Papası Fransisk Fələstin dövlətinin başçısı Mahmud Abbasla şənbə günü keçirilən görüşdə sonuncunu sülh mələyi adlandırıb, Oxu.Az BBC-yə istinadən xəbər verir.
Ponitifik fələstinli siyasətçiyə üzərində mələk təsviri olan medalyon bağışlayıb və bildirib ki, Mahmud Abbas sülh mələyi olduğu üçün bu hədiyyəyə layiq görülür.
Papa ilə Fələstin muxtariyyətinin rəhbəri arasında görüş 20 dəqiqə davam edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Vatikan faktiki olaraq, Fələstini dövlət kimi tanıyıb. Fələstinlə müqavilədə Vatikan Fələstini dövlət adlandıraraq, “İsraillə münaqişənin həlli” üçün çıxış edib. Təl-Əviv bu ikitərəfli sənədlə bağlı narazılığını ifadə edib.