Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Roma Papası ictimaiyyət qarşısına çıxacaq
Roma Papası bazar günü ictimaiyyət qarşısında çıxış edəcək.
Bu barədə Oxu.Az "Euronews" telekanalına istinadla xəbər verir.
Bu, Roma Papası Fransiskin ikiqat pnevmoniya diaqnozu ilə Romanın "Cemelli" xəstəxanasına yerləşdirildikdən sonra ictimaiyyət qarşısında ilk çıxışı olacaq.
Məlumata görə, pontifik sözügedən xəstəxananın pəncərəsindən toplaşanları salamlamağı və xeyir-dua verməyi planlaşdırır.
Son həftələrdə olduğu kimi, Roma Papası "Angelus" duasını oxumayacaq, onun mətni ekranda yayımlanacaq.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də intensiv müalicə tələb edən ağır respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib.
"Roma Papası" teqi üzrə xəbərlər
- Roma Papasının dəfn tarixi açıqlandı
- Trampın Papa Fransiskin dəfn mərasimi ilə bağlı paylaşımı tənqid olundu
- Vatikan Papa Fransisklə vidalaşır: Otaqları möhürləndi, nəşi vida üçün nümayiş etdirilir
- Roma Papası Fransiskin ölüm səbəbi məlum oldu - RƏSMİ
- Yeni Papa kim olacaq? - Beş gözlənilməz namizəd ortaya çıxdı, aralarında ukraynalı da var