Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Roma Papası Türkiyəyə səfər edəcək
Roma Papası XIV Leo (Robert Frensis Prevo) Türkiyəyə səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Roma Papasının səfərinin məqsədi İznik şəhərində (Bursa ərazisində yerləşir) Birinci İznik Şurasının 1 700 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etməkdir.
Məlumat üçün qeyd edək ki, İznik şəhəri xristian dünyasında xüsusi əhəmiyyətə malikdir. Çünki burada xristianlığın ilk şurası toplanıb. Bu yığıncaqda bütün xristian dünyasına aid mühüm dini məsələlər müzakirə olunub və qərarlar verilib. Buna görə də tarixə Birinci Nikeya (İznik) Şurası kimi düşən İznik toplantısı böyük əhəmiyyət kəsb edir. Dünyanın hər yerindən yepiskopların gəldiyi bu şurada xüsusilə məsələlər müzakirə edilir.
"Roma Papası XIV Leo" teqi üzrə xəbərlər
- Al Paçino yeni Roma Papası ilə görüşən ilk kino ulduzu oldu
- Roma Papası İsrail və İranı sülhə çağırdı
- İtaliyada leykozdan ölən yeniyetmə 21-ci əsrin ilk müqəddəsi olacaq
- Papa XIV Leonun uşaqlığını keçirdiyi ev tarixə çevrilir: ABŞ-də diqqətçəkən qərar
- Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb