Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Roma Papasının halı pisləşdi
Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək.
Oxu.Az Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, soyuqlama ilə əlaqədar dekabrın 22-si bazar günü Papa Fransisk Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək.
Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib.
Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.
"Roma Papası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar