"ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı sazişin yaxın zamanda əldə olunacağına dair müsbət siqnallar var".
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
Lakin o, dərhal əlavə edib ki, həddindən artıq nikbin olmaq istəmir.
Dövlət katibi vurğulayıb ki, Tehran Hörmüz boğazından keçid üçün rüsum tətbiq edəcəyi təqdirdə hər hansı razılaşmanın əldə olunması mümkün olmayacaq. Rubio İran tərəfinin bu cür addımlarını "tamamilə qanunsuz" adlandırıb.
* İran Hörmüz boğazı üçün yeni qayda hazırlayır
"Dünyada heç kim keçid üçün rüsumların tutulması sistemini dəstəkləmir. Bu, baş verə bilməz. Belə bir addım qəbuledilməz olardı", - deyə ABŞ Dövlət Departamentinin rəhbəri rəsmi Tehrana xəbərdarlıq edib.