Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ruhani: “Ərdoğanın şeiri İrana qarşı yönəlməyib”
“Ərdoğanın İranın ərazi bütövlüyünə ya da xalqına qarşı təhqir niyyətində olmasını uzaq bir ehtimal kimi görürəm”.
“Haber Global”ın məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iranlı həmkarı Cavad Zəriflə telefon söhbətində Rəcəb Tayyib Ərdoğanın Bakıdakı nitqində İranı nəzərdə belə tutmadığına diqqət çəkməsinin özü üçün vacib olduğunu dilə gətirən Ruhani Türkiyə Prezident Administrasiyasının sözçüsünün və Türkiyənin Tehrandakı səfirinin də eyni məsələni vurğuladığını xatırladıb.
Sözügedən şeirin çoxyönlü olduğunu və fərqli mənalar daşıya biləcəyini qeyd edən Ruhani, “bu şeiri İrandan oxusanız bir mənaya gəlir, İrandan kənarda oxusanız başqa bir məna daşıyır”, -sözlərini deyib.
“Həqiqət budur ki, Türkiyə rəsmiləri açıq bir şəkildə Ərdoğanın qəsdinin olmadığını bildirib. Ərdoğan eyni nitqində regional məsələlərlə bağlı Türkiyə, İran, Rusiya, Azərbaycan və Ermənistanın birlikdə çoxşaxəli iş aparmalı olduğunu ifadə edib. Nitqinin əvvəlinə və sonrasına da diqqət yetirməliyik”, - deyə H.Ruhani qeyd edib.
Rəylər