Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ruhani terror aktına görə Fars körfəzi ölkəsini ittiham etdi
İran prezidenti Həsən Ruhani bəyan edib ki, Əhvaz şəhərindəki terror aktına görə məsuliyyəti Fars körfəzi ölkələrindən biri və onun müttəfiqi olan ABŞ daşıyır.
Oxu.Az xəbər verir ki, bununla bağlı “The Independent” nəşri məlumat yayıb.
“Regiondakı bütün balaca dövlətlər Vaşinqtonu dəstəkləyir. Amerikalılar onları cinayətlər törətməyə vadar edir”, - prezident deyib.
Nəşr bildirib ki, o, ölkənin adını çəkməsə də, Səudiyyə Ərəbistan, BƏƏ və ya Bəhreyni nəzərdə tutub. Bu üç ölkə ABŞ ilə əməkdaşlıq edir.
O əlavə edib ki, İran xalqı buna müqavimət göstərəcək, hökumət isə Vaşinqtonun əleyhinə çıxış etməyə hazırdır.
“Biz bu vəziyyətdən çıxacağıq və ABŞ səhv yol seçdiyinə görə peşman olacaq”, - o deyib.
Xatırladaq ki, sentyabrın 22-də Əhvazda keçirilən hərbi parad zaman naməlum şəxslər ətrafdakılara atəş açıb. hadisə zamanı 25 nəfər ölüb, 70-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.
Oxu.Az yeniləndi!
Rəylər