İran prezidenti Həsən Ruhaninin martın sonunda Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Levan Caqartyan bildirib.
“İran prezidenti Həsən Ruhani bu ilin mart ayının sonunda Rusiyaya səfər edəcək. Rusiya dövlətinin rəhbərliyi ilə siyasi və ticarət-iqtisadi sahələrdə ikitərəfli münasibətlər müzakirə ediləcək. Bundan başqa, şübhəsiz ki, səfər zamanı Əfqanıstandakı vəziyyət, Xəzər dənizi ilə bağlı problemlər, Dağlıq Qarabağ münaqişəsi kimi regional problemlər diqqət mərkəzində olacaq”, - səfir bildirib.
N.O.
www.oxu.az