Rumıniya baş nazirinin müavini Draqos Anastasiu korrupsiya işində adı hallandıqdan sonra keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Bu barədə Oxu.Az "Agerpres"ə istinadən xəbər verir.
"Mən Rumıniya hökumətinin imicini ləkələmək istəmirəm", - deyə o bildirib.
Məlumata görə, Anastasiunun sahibi olduğu şirkət səkkiz il ərzində vergi müfəttişinə külli miqdarda rüşvət verib, daha sonra o, korrupsiyada təqsirli bilinib.
Mətbuat konfransında Anastasiu bildirib ki, "rüşvətin iki növü var - varlanmaq və sağ qalmaq üçün verilən rüşvət". Onun sözlərinə görə, dövlət nəzarəti orqanları sahibkarları "yaşamaq üçün rüşvət verməyə məcbur ediblər".