Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rumıniyada prezidentliyə namizəd saxlanılıb
Rumıniyada prezidentliyə namizəd Kelin Corcesku saxlanılıb.
Oxu.Az bu barədə "Antena 3" telekanalına istinadən məlumat yayıb.
Belə ki, prokurorluq orqanı siyasətçinin həbsinə order verib, bundan sonra onun axtarışına başlanılıb.
Corcesku yolda olarkən saxlanılıb, onun Baş Prokurorluğa aparıldığı bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Rumıniyada Kelin Corcesku ilə əlaqəli şəxslərin evlərində axtarışlar aparılıb.
Belə ki, istintaq orqanları maliyyə mənbələri haqqında yalan məlumatların verilməsi, yayılması, konstitusiya quruluşuna təhdidlər, o cümlədən silah, sursat və pirotexniki vasitələrin qanunsuz saxlanması faktlarını yoxlayırlar.