Rusiya Ali Məhkəməsi baş prokurorun "Taliban" hərəkatının Rusiyada fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı inzibati iddia ərizəsini təmin edib.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər yayıb.
"Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə əvvəllər terror təşkilatı kimi tanınan təşkilatların vahid federal siyahısına daxil edilmiş "Taliban" hərəkatının fəaliyyətinə qoyulmuş qadağanın qüvvəsi dayandırılıb", - deyə hakim qərarı elan edib.
İclas qapalı rejimdə keçirilib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin Talibanın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanunu imzalayıb.