Böyük Britaniya “Solsberidə baş vermiş hadisədə əsaslandırılmamış ittihamlara görə” Rusiyadan üzr istəməlidir.
Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiyanın Londondakı Səfirliyinin mətbuat katibi bəyan edib:
“А-234 məhlulu bir çox Qərb ölkələrində istehsal olunur. Artıq rəsmi məlumatlara əsasən, İngiltərənin ittihamları əsassızdır”.
Diplomatik Nümayəndəlikdən bildirilib ki, Rusiyaya qarşı irəli sürülmüş ittihamalara hüquq-mühafizə orqanları vasitəsilə cavab verməyin vaxtı çatıb.
Rəylər