Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı bəyan edib ki, hal-hazırda Rusiyanın OPEK-ə qoşulması məsələsi gündəmdə deyil, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Məlum olduğu qədər, Rusiya Federasiyasının OPEK nümayəndələri ilə ekspertlər səviyyəsində əlaqələri mövcuddur, amma mənə məlum olduğu qədər Rusiyanın bu təşkilata qoşulmasına dair məsələ qoyulmayıb və bu məsələ gündəmdə deyil”, - Peskov jurnalistlərə bildirib.