Rusiyanın Moskva vilayətində müştəri avtomobilinin təmiri baha başa gəldiyi və keyfiyyətsiz olunduğu üçün intihar edib.
Bundan əvvəl o, həyat yoldaşına mesaj göndərərək ölümündə avtosalon işçilərini günahlandırmağı xahiş edib.
Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, ölən şəxsin - 57 yaşlı Aleksandrın həyat yoldaşı səhər saatlarında yuxudan oyanıb və ərini evdə tapmayıb. Lakin əri "WhatsApp"da ona ölümündən əvvəl vida mesajı göndərib. Kişi mesajda yazıb ki, Balaşixadakı "Avtoqermes-sentr"də ona "Hyundai Tucson"un təmirini "sırıyıblar", sonra isə buna görə böyük hesab təqdim ediblər, lakin iş bitdikdən dərhal sonra mühərrik xarab olub.
Kişi yaxınlarından və iş yoldaşlarından həyatdan getmək qərarına görə bağışlanmasını istəyib, çünki avtomobillə bağlı yaranmış vəziyyət səbəbindən fiziki və ruhi ağrılar yaşadığını bildirib. Ailəsinin dediyinə görə, Aleksandr son iki həftəni depressiyada olub.
Onun cəsədi meşədə tapılıb və yanında "Vinçester" tüfəngi olub.
Müştərinin avtomobil təmiri üçün nə qədər pul ödədiyi hazırda dəqiqləşdirilir.
Rəylər