Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bu il 100 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 139 uşaq ailələrinə qaytarılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 100 uşaq övladlığa verilib. Onlardan 46 nəfəri oğlan, 54 nəfəri qızdır.
Oxu.Az xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 75-i oğlan, 64-ü qız olmaqla 139 uşaq öz ailələrinə qaytarılıb.
"Sosial Xidmətlər Agentliyi" teqi üzrə xəbərlər
- Bakıda kimsəsiz ahılların ümid yeri olan müəssisədən FOTOREPORTAJ
- Xüsusi qayğıya ehtiyacı olan uşaq: "Gələcəkdə Ronaldinyo kimi futbolçu olmaq istəyirəm"
- Xüsusi qayğıya ehtiyacı olan uşaq: "Ronaldinyonu gördüyüm an çox həyəcanlandım"
- Azərbaycanda qalmaqallı uşaq evində qoturluq aşkarlanıb
- Hazırda neçə nəfər sığınacaqda himayə edilir?
Rəylər