Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya səfiri Moldova XİN-ə çağırıldı
Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov Rusiyaya məxsus iki pilotsuz uçuş aparatının Moldova ərazisinə düşməsi ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Səfirə baş verənlərlə bağlı Moldova tərəfinin narahatlığı çatdırılıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kişineunun Rusiyanın PUA-larının Moldova hava məkanını pozması ilə bağlı ittihamlarını əsassız adlandırıb və onları qəti şəkildə rədd edib.
"Moldova" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər