Şahidlər Qazaxıstan və Rusiya üzərində naməlum obyektlər müşahidə ediblər.
Oxu.Az xəbər verir ki, kadrlar sosial şəbəkələrdə yayılıb.
Qazaxıstan Müdafiə Nazirliyi səmadakı qəribə cisimlərə münasibət bildirib:
"Bu fenomen kosmik gəminin, kosmik tullantıların və ya meteorit axınının atmosferə daxil olmasına bənzəyir. Bir qayda olaraq, onların hamısı yer səthinə çatmazdan əvvəl atmosferin sıx təbəqələrində yanır", - nazirlik qeyd edib.