Rusiyalı kişi “Sapsan” sürət qatarının üstündə yol getmək istəyib.
Bu haqda “Lenta.ru”ya Moskva regionlararası istintaq idarəsinin rəsmi nümayəndəsi Yelena Markovskaya məlumat verib.
Bazar günü naməlum kişi hərəkətdə olan sürət qatarının damına çıxıb və qısa qapanma nəticəsində həlak olub.
Tver-Redkino istiqamətində qatar dayandırılıb və alov söndürülüb.
Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.