Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar
30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim etməli olacaqlar. Müvafiq norma hökumətin qərarı ilə təsbit edilib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək.
Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.
Qeyd edək ki, mart ayının 5-dən Rusiyada polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı
- Moskvada qəribə hadisə: Kişi maşınını almaqdan imtina edən şəxsi OĞURLADI
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Rusiyada qeyri-adi hadisə: 16 yaşlı məktəbli içində ev tapşırığının olduğu fləş-kartı uddu
- Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb
Rəylər