Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI
Rusiyada mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda təsbit edilib.
Bundan əlavə, polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından zəruri məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb etmək hüququna malik olacaqlar. Banklar da deportasiya rejimində olan miqrantların hesablarının mövcudluğu və nömrələri, həmçinin bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat verməyə borclu olacaqlar.
Yeni qanun Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına deportasiya rejiminə düşən əcnəbiləri, o cümlədən texniki vasitələrdən istifadə etməklə müşahidə etmək imkanı verir. Bu, həm fiziki, həm də hüquqi şəxslərə, belə miqrantların Rusiya ərazisində qalmasına kömək edənlərə aiddir. Polis mobil cihazların məlumatlarından, geolokasiyadan, ödəniş sistemlərindən və üztanıma sistemlərindən istifadə edə biləcək.
Qeyd edək ki, deportasiya rejimi - Rusiyada qanunsuz olan və ya qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.
"Rusiyada işləyən azərbaycanlılar" teqi üzrə xəbərlər
- Rusiyaya işləməyə gedənlərin nəzərinə: "Qara siyahı" yaradılır
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəblərə qəbul qaydası dəyişdi
- Rusiyada azərbaycanlı sevgilisinə 10 bıçaq zərbəsi vurdu
- Rusiyaya işləməyə gedən azərbaycanlıların NƏZƏRİNƏ: Ailə üzvləri ilə bağlı qadağalar gəlir