Rusiyada Yekaterinburq məhkəməsi polis və xüsusi təyinatlı qüvvələr tərəfindən saxlanılan Azərbaycan vətəndaşı Vidadi Mustafayevi həbs edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə E1.ru nəşri məlumat verib.
Məlumata görə, V.Mustafayev barəsində 31 yanvar 2026-cı ilə qədər iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vidadi Mustafayev ona qarşı böhtanlar yayıldığını iddia edib. O, torpaq sahəsinin satışı zamanı dələduzluqda ittiham olunur.
