Kişinyovda Moldovanın Rusiyadakı sabiq səfiri Anatoli Seranunun oğlu 30 yaşlı Teodor Seranu qətlə yetirilib.
Oxu.Az “Ukrinform”a istinadən xəbər verir ki, Teodor və digər şəxs arasında baş vermiş insident atışma ilə nəticələnib.
Həkimlər Teodor Seranunun bədənində üç güllə yarası aşkarlayıb. Hadisə yerində 32 yaşlı kişi saxlanılıb.
Saxlanılan şəxsin evindəki dəmir seyfdə çoxlu sayda silah-sursat aşkarlanıb.
S.M.
www.oxu.az