Dünyamız nəhəngdir və fərqli mədəniyyətlərlə zəngindir. Amma sərhədlərə baxmayaraq, bütün insanları birləşdirən bəzi şeylər var. Kim isə insanları ən çox yeməklərin, kim isə təhsilin birləşdirdiyini deyir. Amma bu mövzuların çox ciddi bir rəqibi internetdə pornodur.
Pornonu Yaxın Şərq ölkələrinin çoxunda hazırlayır və baxırlar, bundan başqa, həmin pornolara dünyada milyonlarla adam baxır. Əslində isə pornonun ən çoxsaylı istifadəçisi Yaxın Şərqdəndir. Google-un məlumatına görə, internetdə ən çox porno axtaran səkkiz ölkədən altısı müsəlman ölkələridir. Siyahıya Pakistan başçılıq edir, sonra Misir, İran, Mərakeş, Səudiyyə Ərəbistanı və Türkiyə gəlir. Pakistan donuz, uzunqulaq, it, pişik və ilanların iştirakı ilə pornoların axtarışına dair də hamıdan öndədir.
PornMD tərəfindən aparılan tədqiqatın nəticələrinə görə, İraq, Suriya və İran kimi ölkələrdə 10 aparıcı axtarış sözündən ilk olanları “skvirtinq”, “minet” və hətta “Kemdra Uilkinson” (Playboy jurnalının təsisçisi Hyu Hefnerin keçmiş sevgilisidir). “Ərəb” sözü Misir, İran və Suriyada porno-terminlər arasında birinci yeri tutur. Kim isə daha da irəli gedir. “Ağrı” İraqda, “ata-qız” və “bacı-qardaş” isə Suriyada axtarış sözlərinin arasında dördüncü və beşinci sıradadır. Misirdə ilkin onluğa “ana” sözü daxildir.
Bu detallar cəmiyyətdə baş verən dəyişikliklərdən xəbər verir. Livan və Türkiyədən başqa bütün ərəb ölkələrində erotik materialların satışı qadağandır.
2009-cu ildə İraqda cəmiyyət üçün zərərli sayılan materialların qadağası haqqında yeni qanun qəbul edildi. Mədəniyyət naziri Tahir Naser əl-Hmud (Taher Naser al-Hmood) bəyan etmişdi:
“Bizim konstitusiya fikir və söz azadlığına hörmətlə yanaşır, amma bunu ümumilikdə cəmiyyətə olan hörmət müşayiət etməlidir. Təhlükəsizlik və demokratiya arasında tarazlığı tapmaq çətindir. Bu, kəndirbazın yerişini xatırladır”.
İnternet-Xidmət üzrə Dövlət şirkətinin baş mühəndisi Əhməd Məhəmməd Rauf (Ahmed Mohammed Raouf) New York Times-a bəyan edib:
“Mən insanların istədiklərinə baxmalarına mane ola bilmərəm, amma cəmiyyəti qorumaq istəyirəm”.
Bu yaxınlarda Səudiyyə Ərəbistanının hakimiyyəti porno dərc edən 9 min Tvitter akkauntunun fəaliyyətini dayandırıldığını elan etmişdi.
Porno həvəskarları üçün yaxşı xəbərlərdən biri isə qoyulan maneələri aşmağın asan olmasıdır. Küçələrdə pornoqrafik videolar təklif edən alverçiləri görmək mümkündür.
Ulduzlarla tanış olun.
Livanda doğulmuş 21 yaşlı amerikalı müsəlman qız Mia Xəlifə (şəkildəki) səsvermə nəticəsində “bir nömrəli porno ulduz” adını aldı. Analitik Alex şirkətinin məlumatına əsasən, səsvermənin aparıldığı Pornhub vebsaytı internetdə populyarlıq üzrə 73-cü yeri tutur. Xəlifə ABŞ-a 10 yaşında olarkən ailəsi ilə bərabər gəlib.
Pornhubun vitse-prezidenti Kori Prays (Corey Price) Buzzfeed-ə bəyan edib ki, şənbə günündən sayta Xəlifəni axtaran 750 mindən çox adam baxıb.
Xəlifə filmlərdə müsəlman köklərini vurğulayır. Bəzən hicab geyinir, bəzən isə gözlərini “ekzotik” görünüş üçün bəzəyir.
Xəlifənin seksuallığı Qərbin müsəlman qadınları barədə stereotip təsəvvürləri tamamən alt-üst edir. In Praise of Vulgarity məqaləsində Çarlz Pol Froynd (Charles Paul Freund) qeyd edir:
“Kütləvi mədəniyyət populyar olduğu qədər də vulqardır, bu heç də əyləncə vasitəsi və ya özünüməhv mənbəyi deyil. İslamçıların bildiyi kimi, o məcburiyyətə qarşı mübarizə kimi istifadə edilə bilər. Bundan başqa, o həm də demokratik təsəlli vasitəsi də ola bilər”.
Bu ideyaya qarşı çıxanlar da var. Culiana Yazbek (Juliana Yazbeck) yazıb:
“Beyinlə işləyən və təsdiq olunmağa çalışan biri kimi Mianın sosial şəbəkələrdə peyda olmasından ağrı duyduğumu inkar etməyəcəm. Mən onun buna haqqı olmadığını düşünmürəm. Amma bu nədir? Nadir livanlı qadınlar ulduz olurlar. Nəyə görə o, məhz porno-ulduz olmalıdır?”.
Yazbekin reaksiyası mülayim oldu. Çünki digər radikal baxışlı şəxslər “Sən başa düşürsən ki, cəhənnəmdə yananlardan olacaqsan?” şərhini yazmış, digəri isə Xəlifənin kəsilmiş başını əlində tutan İŞİD yaraqlısının fotosunu yerləşdirmişdi.
O, yalnız deyil. Türk əsilli alman aktrisası Sila Sahin (Sila Sahin) Playboy-un alman nəşri üçün çılpaq fotolar çəkdirəndə onu tənqid etdilər. İslam vebsaytlarında “O, buna görə cavab verəcək” və “Qoy qorxsun” deyə yazılar yazıldı. Bir istifadəçi isə:
“Mən onu öldürəcəm. Ciddi deyirəm. Bu, mənim mədəniyyətimə ziddir”- yazmışdı.
Bu, seks problemidir? Və ya porno problemi? Və ya cinslərin bərabərliyi istiqamətində növbəti haşiyəyə çıxmadır? Sonunda qadınlar pornoda mərkəz yerləri tuturlar. Bəlkə də Yaxın Şərqdə bunu istəməyənlər var. Bəlkə də onlar seksin daha özəl və intim olduğunu düşünürlər. Bir çox müsəlman ölkələri bəyan edirlər ki, cəmiyyətin mənəviyyat normalarını pozmaq olmaz. Amma burada göstərilən məlumatlar cəmiyyətin başqa bir nəzər nöqtəsi ola biləcəyindən xəbər verir.