2014-cü il ərzində “Azərsu” ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb.
Oxu.Az-a bu barədə “Azərsu”-dan məlumat verilib.
Məlumatda göstərilir ki, quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür.
Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılıb.
Qeyd edək ki, 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart sayğacların sayı 352 minə çatıb.
“Azərsu” ASC qeyd edir ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması davam etdirilir.