"Türkiyənin Şanlıurfa şəhərində 2.5 kilometr uzunluğunda Azərbaycan Bulvarı istifadəyə verilib".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində bildirib.
O qeyd edib ki, şəhər xəstəxanası və ona birləşən yollarla yanaşı, müxtəlif səviyyəli yol qovşağı olan Azərbaycan Bulvarı da istifadəyə verilib.
Ərdoğanın sözlərinə görə, yeni qovşaq şəhərdə nəqliyyat sıxlığının azalmasına kömək edəcək.
Qaynar xətt:
(055) 224 12 12